EN

Dünyanın yeni yarı peyki kəşf edildi

Dünyanın yeni yarı peyki kəşf edildi

Astronomlar dünyanın orbitinə sinxron şəkildə hərəkət edən yeni bir göy cismini kəşf ediblər. “2025 PN7” adı verilən bu kiçik asteroid yarı peyk olaraq təsnif edilib.

Tədqiqat Madrid Complutense Universitetindən Karlos və Raul de la Fuente Markos tərəfindən Research Notes of the American Astronomical Society jurnalında dərc olunub.

1991-ci ildə kəşf edilən 1991 VG ilə müəyyən olunan bu xüsusi sinif “Arjuna asteroidləri” adlanır. Dünyaya çox bənzər orbitlərə sahib olan bu göy cisimləri bəzən planetimizin ətrafında qısa müddətli mini Ay kimi görünür. Lakin onlar daimi peyklər deyil və dünya ilə qravitasiya bağları olmadan sinxron şəkildə hərəkət edirlər.

Daimi deyil, keçici bir yol yoldaşı

2025 PN7 hazırda dünya ilə rezonans halında orbitdə yerləşir. Tədqiqatçılar qeyd edirlər ki, bu vəziyyət uzun sürməyəcək. Hesablama nəticələrinə görə, 2025 PN7 yalnız təxminən 128 il boyunca dünyanın yarı peyki olaraq qalacaq. Daha sonra orbitdəki kiçik dəyişikliklər nəticəsində bu rezonansı itirərək Troya (Trojan) və ya at nalı (horseshoe) orbitinə keçəcəyi gözlənilir.

Mini Ay ilə fərqi

Alimlər yarı peyklər ilə mini Ayları fərqləndirirlər. Yarı peyklər dünyaya yaxın, amma qravitasiya baxımından ona bağlı deyil. Mini Aylar isə müvəqqəti olaraq dünya tərəfindən tutulur. Məsələn, 2024 PT5 qısa müddət üçün dünyanın mini Ayı olmuşdu.

Astronomiya baxımından əhəmiyyəti

2025 PN7 həmçinin “Apollo asteroidləri” adlanan daha geniş qrupun üzvüdür. Lakin Arjuna asteroidləri ilə arasındakı əsas fərq Arjunaların dünyanın orbitini kəsməməsidir.

Mövcud məlumatlara görə, dünyanın ətrafında hələ də bir neçə yarı peyk mövcuddur: 164207 Cardea (2004 GU9), 469219 Kamo’oalewa (2016 HO3), 277810 (2006 FV35), 2013 LX28, 2014 OL339 və 2023 FW13. 2025 PN7 isə bu siyahıya əlavə olunan ən yeni göy cismidir.

Alimlər bildirirlər ki, 2025 PN7 qısaömürlü olsa da, dünyanın dinamik kosmik mühitini başa düşmək üçün vacib müşahidə imkanı təqdim edir.

Chosen
7
afn.az

1Sources