EN

Gəncədə məhkəmənin həyətində dava düşdü, zərərçəkmiş qadın döyüldü

Gəncə şəhərində məhkəmə binasının həyətində dava düşüb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasının həyətində baş verib.
 
Adıçəkilən məhkəmədə Gəncə şəhər sakini Tünzalə Şamoyevanın işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə tərəflər arasında mübahisə yaranıb və məhkəmə nəzarətçiləri mübahisənin qarşısını alıblar.
 
Məhkəmə prosesindən sonra T.Şamoyeva binanın həyətinə düşərək, orada olan Ağgül adlı şikayətçi qadını yaxalayıb. O, qadına hücum edərək əvvəlcə saçını yolub, daha sonra yıxaraq ona təpik və yumruq zərbələri endirib.
 
Ərazidə olan mühafizəçilər onları ayırıblar və zərərçəkmiş polisə məlumat verib.
 
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanaraq Gəncə Şəhər Məhkəməsinə göndərilib.
 
Məhkəmənin hökmü ilə T.Şamoyeva 1 500 manat məbləğində cərimə edilib.
Chosen
27
2
moderator.az

4Sources