ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cahangir Namazov Furqət oğlu 1997-ci ilin 24 yanvarında Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.
Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Azərbaycan Mədəniyyət Nazirliyi və ədəbiyyat portalının "Ədəbiyyat və incəsənət" saytı üzrə Özbəkistan müxbiri.
"Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının Özbəkistan üzrə təmsilçisi
Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir.
Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun Usman Nasir,
"Berdak Karagbay oğlu"
xatirə nişanları”nın sahibidir.
Türkiyənin "Güzel Alanya" mükafatı laureatı. Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır.
Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal,Iran,Yunanıstan, Əlcəzair,
Iran, İraq, Yunanıstan, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, Koreya, İspaniya,Italya, Kosovo, Misir, Dubay, Kosovo, Pakistan Albaniya, Koreya, Almaniya, Venesuella, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub.
2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə
“Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib.
Onun tərcüməsində Türkiyənin "Baygenc" nəşriyyatında Özbək şair və yazıçılarının "Mujde" (2022) və "Gunce Yayinlari" nəşriyyatında "Soze Asik Gonuller" (2024) antologiyaları nəşr olunub.
Koreya və Vyetnam "Lotus in the Land of the Calm Morning" antologiyasında bir sıra şeirləri ingilis və koreya dillərində çap olundu.”
2025-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın əziz xatirəsinə həsr olunmuş kitabda da onun məqaləsi dərc olunub.
Şeirləri “ALL TOGETHER 7” beynəlxalq antologiyasında ingilis dilində çap olunub.
"Səni unutmaq – bir qiyaməti səssizcə başlatmaq…”
Özümü məhkəməyə çəkdim…
Özümü məhkəməyə çəkdim –
Nə şahid var,
nə vəkil,
nə də ittiham oxuyan qınayıcı.
Yalnız bir güzgü...
O da sınıq, lal.
Mən cavab verdim,
günahsız günahıma –
cavablarım uzandıqca uzandı.
Ağlamadım – amma içimdə
çırpınıb bir şey... sınandı.
Dilimdə söz dondu,
göz yaşım axdı.
Qarşımda özüm –
amma yad bir adam kimi dayandım...
Heç bir yerdə özüm ola bilmədim.
Ancaq özlüyümdə – hər kəsə çevrildim.
Gözümün sual işarələrini
yaşlarım sildi apardı.
Əlimdə – dəftər,
sözlər belə çəkindi,
Mən yazmadım –
Sözlər yazılmaqdan boyun qaçırdı.
Bu – musiqi, məclis deyil –
məhkəmə iclasıdır.
Qanımda axan – sükut.
Dırnağım altında yığılan həsəd –
sükut qədər yumşaq,
ağrı qədər iti.
Mən özümü bağışladım.
Özümü məhkəməyə çəkdim...
Qanun — VİCDAN,
Təqsirkar — ÖZÜM.
Bütün günahı çiynimə aldım,
Öz qarşımda qaraldı üzüm...
Özümü unutduğum gün
Mən özümü unutduğum gün —
güzgüm məni xatırladı.
Adım — sükut oldu,
Nəfəsim — şübhə.
Kölgəm məndən qaçdı,
nədən yenə ardımca gəldi?
Mən geriyə baxmadan irəli qaçdım,
və zaman — məni yarıb keçdi.
Mən həqiqəti yalanlarda tapdım,
yalanlarım məni xilas etdi.
Çünki bəzən ən doğru söz —
deyilməmiş olandır.
Mən ölü fikirləri diriltdim,
yeni düşüncələri basdırdım.
Yaşamağım — ölümə qarşı üsyan,
Ölməyim — həyata hörmət idi.
Mən güldüm —
göz yaşlarım gülüşümdən xəcalət çəkdi.
Mən ağladım —
qəhqəhəm sükuta çevrildi.
Mən yazdım —
sözlər ox oldu, mən isə nişan.
Mən susdum —
və bu ən gurultulu fəryada döndü.
İndi mən yoxam —
amma hər yerdə varlığım duyulur.
Mən heç kim deyiləm —
lakin hər ürəkdə adım anılacaq!
***
Səni —
bağışlamaq üçün sevmişdim,
bağışlanmaz bir yerdə tapdım özümü.
Əllərim sənin üçün deyil,
məhəbbətdə qalmaq üçün duaya açıldı.
Gələndə yaralarımı sarıyarsan, — dedim,
amma sən qəlbimi açıb
böyük bir yaraya çevirdin.
Dərman olmağını gözlədim,
amma sən xəstəliyimə ad qoydun.
“Ayrılıq” dedin.
Və o adla daha da çox ağrıtdın...
Mən arzularımı sənin gözlərində gördüm,
unutmaq üçün isə dodaqlarına baxdım.
İlk öncə sən qəlbimi fəth etdin,
axırda isə mən
sənin eşqinin əsiri oldum.
Səni ağlayaraq dilədim —
hər göz yaşımda bir parça məhəbbət,
hər ahımda bir böyük həqiqət.
Və indi —
“Yaralarımı özüm sarıyaram”,
deyə gedərkən
ən ağır zərbən —
“gecikmiş məhəbbətin” oldu.
SƏNİ ELƏ UNUDACAĞAM Kİ…
Səni elə unudacağam ki,
gözlərin külə dönəcək,
xatirən qaranlıq bir dənizdə
dalğa-dalğa udulacaq.
Unutmayacağın tək şey,
mənim səssiz çığırtım olacaq,
külümün içində gizlənən alov
hər gecə qəlbinə sancılacaq.
Adım — zamana vurulmuş bir yara,
dodaqlarında çarəsiz bir heca.
Unutmaq yox, unutdurmaq istəyirəm,
amma mən elə bir fırtınayam ki,
sənin dünyan dağılacaq,
özünlə yanıb kül olacaqsan.
Səni unutmaq —
bir qiyaməti səssizcə başlatmaq,
bir ulduzun gecəni parçalaması kimi;
səssiz, amma sonsuz sarsıntılarla…
Unutsan əgər,
mənim unuduşumun yükünü daşıyarsan,
üzləşərsən kölgəmlə,
qaçışın yox, gizlənməyin boş.
Çünki mən —
unutmağın ən qaranlıq cəhənnəmiyəm;
səni elə unudacağam ki,
sən əsla unuda bilməyəcəksən...
***
Xəyallarımı danışa bilmədim,
sükutumun belə dili vardı halbuki.
Amma mən —
qorxdum suya pıçıldamaqdan,
çünki su
yalnız şəffaflığı deyil,
qaranlığı da daşıyır.
Tutummu özümü,
yoxsa buraxıb getsəmmı
sularla birgə?
Amma içimdə
zatən bir ömür
axıb duran bir çay var —
adı hüsran,
adı sükut,
adı: “danışa bilmədiklərim.”
Suya demədim,
göyə də hayqırmadım…
çünki yuxumun yozumu yox idi —
bəlkə də taleyi belə yox idi,
ya da vardı,
amma mən o qapını
heç döymədim.
Sular eşitməsin istədim
ürəyimin içindəki
o qara qorxuları.
“Bəsdir” dedim,
bir ömür
yalnız içimdə axıb getsin
göz yaşlarımla bərabər.
Çünki bəzi yuxular
yalnız içimizdə böyüyər,
yalnız içimizdə ölər
və yalnız içimizdə
daşar…
AH, SƏNƏ BİR SARILSAM…
“Ah, sənə bir sarılsam indi,
qırılsa tənhalığımın sümükləri.”
(Özdemir Asaf)
“Ah, sənə bir sarılsam indi,
qırılsa tənhalığımın sümükləri.” *
Bir anlıq toxunuşla
qırılmadan öncə içimdəki o dərin boşluq
yoxa çıxsa,
zamanın axışı dayansa
və həmişə səninlə qalsam,
bir ömür boyu o istiliklə.
De, nə olar, bir an daha ver mənə,
içimdəki tənhalıqda boğulmadan,
bir sarılmanın gücüylə
bütün qaranlıqları yıxım…
Ah, sənə bir sarılsam indi,
işıqsız gecələrdə itmiş xəyallarım
sənə toxunuşla oyansa
və bir daha heç yatmasam.
Bir tək sarılmağınla
bütün incikliklər silinsə,
içimdə buz tutmuş ürəyim
bir azca isinib çözülə bilsə.
Ah, sənə bir sarılsam indi,
qırılsa tənhalığımın sümükləri
və bir daha yalnız qalmasam…
Bütün dünyaya səni danışardım,
bir tək sarılmağınla
yenidən doğulsam.
UŞAQLIQ BALLADASİ
Uşaqlıq —
yalın ayaqla qaçdığım torpaq küçələr,
bir kasa su,
və bir parça çörəyin qırığı.
Uşaqlıq — ömrümün ümidli möcüzələri,
Bir ağacın kölgəsində — bütün ömrü yaşaya biləcəyimi
düşündüyüm günlər.
Ay çıxsa — arxamızca qaçar,
ulduzlar isə… anamın göz yaşına düşən işıqlar.
İndi göyə baxıram –
indi o alçaq, çox alçaq…
sanki uşaqlığımı geri almaq üçün,
əlim çatdıqca səma qısalırmış kimi.
Uşaqlığı bir çörək parçası hesab etdim,
yarısını quşa verdim,
yarısını özüm yedim,
qalan yarısını isə,
bu sürətli illər hara sovurdu?..
Həyat —
Uşaqlığımı harada gizlətdin?
İndi küçələrdə qaçmırıq,
illər sanki bizimlə yarışır.
Bugün böyük həyatdan uşaqlığa qaçırıq.
İndi gözlərimdə təəccüb yox —
gələcəyin qorxusu parlayır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.