EN

Dövlət Vergi Xidməti 2024-cü ilə dair illik hesabatını təqdim edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2024-cü il üzrə hesabatını ictimaiyyətə təqdim edib.

FED.az xəbər verir ki, hesabat DVX-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Vergi sistemində şəffaflığın, hesabatlılığın və nəticəyönümlü idarəetmənin təmin edilməsi baxımından mühüm sənəd hesab oluna biləcək hesabatda DVX-nin əsas fəaliyyət istiqamətləri üzrə nəticələr, kəmiyyət və keyfiyyət göstəriciləri əksini tapıb. Sənəddə dövlət büdcəsinə vergi daxilolmalarında müşahidə olunan dinamika, eləcə də vergi inzibatçılığının təkmilləşdirilməsi, könüllü vergi ödənişlərinin stimullaşdırılması, xidmət keyfiyyətinin artırılması, risk əsaslı vergi nəzarəti sisteminin tətbiqi nəticəsində nəzarət tədbirlərinin səmərəliliyinin yüksəldilməsi, rəqəmsallaşma, vergi ödəyiciləri ilə effektiv kommunikasiya və digər istiqamətlər üzrə görülmüş işlər barədə məlumatlar təqdim edilib. Bundan başqa, hesabatın ayrıca bölməsində DVX-nin son 7 il ərzində fəaliyyətinə dair kəmiyyət və keyfiyyət göstəriciləri müqayisəli şəkildə əks olunub.

DVX-nin 2024-cü il üzrə illik hesabatı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/illikhesabat

Chosen
16
2
fed.az

3Sources