EN

NİİM-dən piyada keçidindən istifadə etməyən piyadalara və ara məsafəsi saxlamayan sürücülərə müraciət VİDEO

Bakı, 17 sentyabr, AZƏRTAC

Piyada keçiddən istifadə etmədikdə tək özü üçün yox, yolda hərəkətdə olan nəqliyyat vasitələri üçün də real təhlükə yaradır. Məsələn, ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınan qəzanın piyadalardan birinin təxminən 2 metrliyində olan yerüstü piyada keçidinin altından yolu keçməsi, onun sürücülər üçün qəza şəraiti yaratması və sürücülərdən birinin düzgün ara məsafəsi saxlamaması nəticəsində baş verməsini ehtimal etmək olar.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında xəbər verilir.

Məlumatda bildirilir ki, piyadanın iştirakı ilə digər bir yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında “28 May” Nəqliyyat Mübadilə Mərkəzində baş verib. Piyada keçidinin bir neçə metrliyində dayanmış avtobusun arxasından qəfil qaçaraq yolu keçmək istəyən qadını həmin nəqliyyat vasitəsi vurub. Xəsarətlə nəticələnən həmin qəza hadisəsi də piyada keçidlərindən istifadə etməməyin, nəqliyyat vasitələrinin ön və arxa hissəsindən qaçaraq yolu keçməyin nə qədər təhlükəli olduğunu göstərir.

Təhlükənin aktuallığını nəzərə alaraq NİİM bir daha piyada və sürücülərə müraciət edib: “Piyadalar avtomobillərin ön və arxa tərəfindən qaçaraq yolu keçməməlidirlər. Onlar piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər”.

Yeri gəlmişkən qeyd edək ki, özünü təhlükəyə atıb piyada keçidlərindən istifadə etməyən piyadalar məsuliyyətdən kənarda qalmırlar. Bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Chosen
80
26
azertag.az

10Sources