EN

“Paşinyan hakimiyyətinin əsas maliyyə dəstəyi məhz diasporadan gəlir” ARZU NAĞIYEV

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“Ermənistan diasporası dünyanın harasında olmasından asılıolmayaraq Ermənistanın daxili və xarici siyasətində mühüm rol oynayıb.Ümumiyyətlə, Ermənistan siyasətində istər kilsə məsələlərində, istər qondarmasoyqırımla bağlı, istərsə də Qarabağ hadisələrində diasporanın çəkisi olub. Bu dəstək xüsusilə maliyyə baxımından nəzərə çarpır və maliyyə yardımlarımütləq şəkildə həm kilsəyə, həm separatçılara, həm də qondarma soyqırımla bağlıdünyanın bir sıra arxivlərinə yönəlib”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Bugün də məlumdur ki, Paşinyan hakimiyyəti nə qədər desə də ki, diaspora təşkilatları ilə ciddi əlaqələri yoxdur, reallıq bunu təsdiqləmir. ABŞ-da prezidentin ən varlı diaspora nümayəndələri ilə görüşü ilk növbədə maliyyə dəstəyi ilə bağlıdır. Bu maliyyə yardımı isə əsasən 2026-cı ildə keçiriləcək seçkilərdə Paşinyan hakimiyyətinin qələbəsinə yönəlmişdir. Yəni əsas istiqamət maliyyə dəstəyinin təmin olunmasıdır. Paşinyan n ə qədər desə də ki, diaspora təşkilatları hökumətə təsir imkanlarını azaldıb, bu tam doğru deyil. Əsas məsələ odur ki, bu gün ən mühüm maliyyə dəstəyi məhz diasporadan gəlir. Bu, seçki öncəsi elektoratın maliyyə baxımından təmin edilməsi və digər istiqamətlərdə atılacaq addımlar üçün həyata keçirilir”.

Deputat qeyd edib ki, diasporanın özü də anlayır ki, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin daha müsbət istiqamətə yönəlməsi üçünmüəyyən addımlar atır və diaspora təşkilatları da buna uyğun davranır:

“Düşünürəm ki, ABŞ rəhbərliyinin xeyir-duası olmadan bu görüşlər baş tuta bilməzdi. Əgər Paşinyan hakimiyyəti əvvəllər bu görüşlərin keçirilməsini istəmirdisə, indi birdən-birə Ermənistan prezidenti diaspora təşkilatları ilə görüşür və ABŞ rəhbərliyi dolayı yolla buna dəstək verir. Bir məqam da var ki, diasporanın əsas fəaliyyət istiqamətlərindən biri Ermənistanın qonşu dövlətlərlə münasibətləridir.

Burada Azərbaycanın vəTürkiyənin rolu xüsusilə önəmlidir. Mən hesab edirəm ki, diasporanın bu cür addımlar atması birbaşa Donald Trump administrasiyasının xeyir-duası ilə həyata keçirilir, çünki başqa cür bu mümkün olmazdı.

ABŞ onları dəstəkləyirsə, hətta Zəngəzur dəhlizi və digər layihələr üçün 145 milyon dollarlıq yardım məsələsinədə razılıq verirsə, diaspora təşkilatlarına da mühüm tapşırıqlar veriləcək ki, qonşuluq siyasəti öz müsbət istiqamətinə yönlənsin. Beləliklə, burada hərtərəfli siyasi addımlar atılır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
icma.az

1Sources