EN

Ekvadordan QƏRAR - SEPAH terror təşkilatıdır!


Ekvador hökuməti SEPAH, HƏMAS və Hizbullahı rəsmi olaraq terror təşkilatları kimi tanıyıb. Bu barədə müvafiq qərar ölkə prezidenti Daniel Noboa tərəfindən imzalanmış 128 nömrəli sərəncamla qüvvəyə minib. Sərəncamda bildirilir ki, bu təşkilatlar Ekvadorun suverenliyi, ictimai təhlükəsizliyi və ərazi bütövlüyü üçün ciddi təhdid yaradır.

Qərarın verilməsində Ekvador Milli Kəşfiyyat Mərkəzinin bu qrupların Latın Amerikasında geniş şəkildə mövcudluğu və yerli cinayət şəbəkələri ilə mümkün əlaqələri barədə verdiyi xəbərdarlıq əsas rol oynayıb. Bu addım ABŞ dövlət katibi Marko Rubionun yaxın günlərdə Ekvadora səfərindən sonra atılıb.

Mətləb

Chosen
70
3
baki-xeber.com

5Sources