EN

Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ÖTDÜ – RƏSMİ

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1375,4 manat təşkil edib.

Bu barədə Ölkə.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manata bərabər olub.

Chosen
19
47
olke.az

10Sources