EN

Azərbaycanda DYP radarına çıxan şəxs həbs edildi

Hacıqabul-Horadiz yolunun Sabirabad rayonundan keçən 16-cı kilometrliyində DYP radarının dirəyinə çıxan şəxs tutulub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 15-də baş verib. Polis tərəfindən saxlanılan vətəndaşın Füzuli rayon Əhmədalılar kənd sakini olan H.Əliyev (şərti) olması müəyyən edilib. O, arvadının haqsızlıqla üzləşdiyini və həmin məsələyə görə diqqəti cəlb etmək üçün dirəyə çıxdığını deyib.

İctimai asayişi pozan şəxs Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs edilib.

Yaşar Araz

Chosen
103
news24.az

1Sources