EN

İndoneziya və Aİ ticarət sazişi imzalayacaq

İndoneziya və Avropa İttifaqı Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzərində işi başa çatdırıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, sənədin sentyabrın 23-də imzalanması planlaşdırılır.

Tərəflər müqaviləni İndoneziyanın Bali adasında imzalayacaqlar.

İndoneziyanın ticarət naziri Budi Santoso bildirib ki, ölkə hakimiyyəti ilin sonuna qədər Avropa İttifaqı ilə hərtərəfli iqtisadi tərəfdaşlıq və Avrasiya İqtisadi İttifaqı (EAEU) ilə azad ticarət sazişi üzrə danışıqları başa çatdırmağı planlaşdırır. 

Gülşən Şərif
 

Chosen
39
bakivaxti.az

1Sources