Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ləğv edilib.
Bu barədə Rusiyanın “Teleqram” kanalları məlumat yayıb.
Bildirilib ki, diaspor rəhbərinin RF pasportu ləğv edilib.
Onun 2000-ci illərdə Rusiya vətəndaşlığı əldə etdiyi qeyd olunub.
Qeyd edək ki, Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri seçilib./APA
Tarix: 17 Sentyabr 2025, 13:20