EN

Razi Nurullayev adının hallandığı torpaq qalmaqalından danışdı: "Alçaqlar sifarişlə edirlər"

Milli Məclisin deputatı Razi Nurullayevin adı İmişlidəki torpaq qalmaqalında hallanır. İddialara görə, deputatın himayəsi altında icarəyə götürülmüş örüş torpaqlarında kənd təsərrüfatı təyinatına məhəl qoyulmadan ticarət obyektinin – mal bazarının tikintisinə başlanılıb. Bu isə kənd sakinlərinin ciddi narazılığına səbəb olub.

 

Manset.az məsələ ilə bağlı millət vəkili Razi Nurullayevlə əlaqə saxlayıb. O, haqqında yazılanların qərəzli olduğunu bildirib:

“İstəyirəm ki, bunları ictimaiyyat bilsin. Vallah, mən bu məsələdən bezmişəm. Sözügedən məsələnin mənə heç bir aidiyyatı yoxdur. Onu alçaqlar sifarişlə edirlər. Bu şişirdilmiş bir məsələdir, mən İmişlidə oluram. Bütün kəndlərdə seçicilərimlə görüşürəm. Həmin məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyəti rəsmi açıqlama verib. Bu məsələnin mənə nə aidiyyatı var? Bunu bəziləri məqsədli şəkildə yazırlar. Görünür ki, onların maddi maraqları var. Ümumiyyətlə, məlumatı yayanda iki tərəfin də fikri olmalıdır. Əgər qarşı tərəfin fikri öyrənilmirsə, deməli, burda qərəz var”.

Chosen
38
manset.az

1Sources