EN

İtaliya Azərbaycandan neft idxalını artırıb

Bakı. Trend:

Cari ilin yanvar ayından avqust ayına kimi Azərbaycandanİtaliyaya ümumilikdə 4,801 milyard dollar (ABŞ) həcmində 9,198milyon ton xam neft və bitum tərkibli neft məhsulları ixracolunub.

Trend AzərbaycanınDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilinanaloji dövrü ilə müqayisədə, pul ifadəsində bu göstərici 851milyon dollar (21,9%), həcmi ifadədə isə 2,972 milyon ton (47,7%)artıb.

Ötən ilin ilk səkkiz ayı ərzində Azərbaycandan İtaliyaya 3,940milyard ABŞ dolları həcmində 6,226 milyon ton xam neft və bitumlusüxurlardan alınan neft məhsulları ixrac olunub.

Hesabat dövründə İtaliya Azərbaycan neftini idxal edən ölkələrarasında birinci yeri tutub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20ölkəyə ümumilikdə 15,925 milyon ton həcmində və 8,396 milyard ABŞdolları məbləğində xam neft və bitum tərkibli neft məhsulları ixracedilib.

Məqalədə:
Chosen
41
1
az.trend.az

2Sources