“Apple” iOS 26 yeniləməsini artıq təqdim edib. Lakin istifadəçilər yenilənmənin ilk günlərindən şikayətçidirlər.
Publika.az xəbər verir ki, yenilənmədən sonra batereya ömrü ilə bağlı şikayətlər artıb.
"Yeniləməni tamamladıqdan dərhal sonra batareyanın ömrünə və istilik performansına müvəqqəti təsirlər görə bilərsiniz. Bu, normaldır, çünki cihazınız arxa planda məlumatları indeksləşdirir, axtarış üçün faylları hazırlayır, yeni elementləri endirir və proqramları yeniləyir", - deyə “Apple” şirkəti məsələ ilə bağlı açıqlamasında bildirib.
Qeyd edək ki, bir neçə həftə əvvəl buraxılmış “iOS 18.6.2” yenilənməsində baş verən bəzi sistem təhlükəsizliyi problemləri “iOS 26” ilə aradan qaldırılıb.