EN

Botkoveli: Hakimiyyət 4 oktyabrdan və xalqdan qorxur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Milli Hərəkat Partiyasının üzvü Georgi Botkoveli bildirib ki, hakimiyyət 4 oktyabr tarixindən, partiyanın həbsdə olan liderlərindən biri Levan Xabeişvilidən və ən əsası Gürcüstan xalqından qorxur.

Onun sözlərinə görə, Xabeişvilinin həbsxanadan xarici aləmlə kommunikasiya imkanlarının məhdudlaşdırılması gözlənilən idi, çünki o, həbsinə qədər fəallığı və qətiyyəti ilə cəmiyyətin böyük dəstəyini qazanmışdı. Botkoveli qeyd edib ki, Xabeişvili bu dəstəyi həbsxanadan da davam etdirəcək.

O, məhdudiyyətin "şahidlərə təsir" arqumenti ilə əsaslandırılmasını absurd adlandırıb:
"Şahidlər Dövlət Təhlükəsizlik Xidmətinin üç əməkdaşıdır. Guya onların Xabeişvilinin dediklərini təhqir kimi qəbul etməsi bəhanə gətirilir. Bu, tamamilə absurddur, amma məqsədli addımdır. Hakimiyyət 4 oktyabrdan, Levan Xabeişvilidən və ən əsası Gürcüstan xalqından qorxur. Mən əminəm ki, xalq rusiyapərəst rejimə hökmünü verəcək", - deyə Botkoveli vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
olaylar.az

1Sources