EN

Paytaxt sakininin avtomobilindən 200 min rubl oğurlandı

BAKI, 17 sentyabr. TELEQRAF

Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb.

DİN-dən Teleqraf-a verilən məlumata görə, naməlum şəxslər paytaxt sakininin avtomobilindən 200 min rubl (4000 manat), marketlərin birindən isə 1347 manat oğurlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Salmanov və 38 yaşlı E.Vəliyevsaxlanılıblar.

E.Vəliyevinüzərindən əlavə olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin də aşkarlanıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Chosen
19
3
teleqraf.com

2Sources