EN

Müğənni Gülüstan Əliyeva yeni layihəsini təqdim edib

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının əməkdar artisti Gülüstan Əliyeva "Əsr Türkün əsridir" adlı türkcülüyə həsr olunmuş yeni layihəsini təqdim edib. SİA xəbər verir ki, burada Türk xalqlarının birliyi, tarixi və mədəni bağlılığı tərənnüm edilir. Mahnının kupletləri Qazax, qırğız, türkmən və özbək dillərində oxunmaqla xalqların qəhrəmanlarının adları tərənnüm edilir.

Mahnının sözləri professor Mahirə Nağıqızına, musiqisi ETNO CLASS musiqi qrupuna məxsusdur. Lahiyədə Orxon Yenisey əlifbasından istifadə edilərək, Azərbaycan təkəlduz sənətinə məxsus xüsusi geyimlər hazırlanmışdır. Türk xalqlarına məxsus qədim alətlərdən, Şamanizmi əks etdirən qavaldan idtifadə olunub.

Lahiyə AS prodakşn tərəfindən Şuşa, Laçın və Qubada çəkilib. Lahiyənin rəhbəri telejurnalist Səidə İbrahimli, rejissoru isə Faiq Əliyevdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
3
sia.az

4Sources