EN

Serbiya Rusiya ilə AES tikintisi üzrə danışıqlara başlayıb

Serbiya Rusiya ilə atom elektrik stansiyasının tikintisi üzrə danışıqlara başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Serbiyanın Moskvadakı səfiri Momçilo Babiç bildirib.

Onun sözlərinə görə, Belqrad Rusiya ilə yanaşı, Cənubi Koreya, Çin və Fransanın da təkliflərini nəzərdən keçirir.

Qeyd edək ki, Serbiya parlamenti 2050-ci ilə qədər ölkədə enerji istehlakı dəfələrlə artacağı üçün atom elektrik stansiyasının tikintisinə qoyulmuş moratoriumu ləğv edib.

Chosen
35
3
apa.az

4Sources