EN

Bakı və İrəvan arasındakı münasibətlərin normallaşması müzakirə edilib

Parisdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin kontinental Avropa Direktorluğunun rəhbəri Bris Rokefo başda olmaqla Ermənistan və Fransa xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr zamanı iki ölkə arasında iqtisadiyyat, infrastruktur, müdafiə və mədəniyyət sahələrində yaradılmış əməkdaşlıq proqramları, habelə onların inkişaf və genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, bundan əlavə tərəflər arasında regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, eləcə də Ermənistan-Türkiyə arasında normallaşma prosesi çərçivəsində əldə olunan razılaşmalara da toxunulub.

Daşqın HəsənovMissiya.Az

Chosen
37
1
missiya.az

2Sources