EN

Şair gərək gen düşünə, dən yaza : Qazi şairin qələmindən süzülənlər..

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Uzun illər həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı dalğalandıran qəhrəmanlarımızdan biri də Vətən müharibəsi qazisi, neftçi, şair Əjdər Hümmətovdur. 1992-ci ilin noyabrın 20-də anadan olan laçınlı balası Əjdər Hümmətov hərbi xidmətdə xüsusilə seçilib, tağım komandirinin müavini, kəşfiyyat manqa komandiri vəzifələrində xidmət keçib. 2013-cü ildə Azərbaycan Texniki Universitetinin bakalavr, 2017-ci ildə magistr dərəcəsinə qəbul olub. Fəal tələbəlik həyatında Universitetin mədəni-sosial həyatında mühüm işlər görüb, bir çox layihələrin ideya müəllifi və eksperti olub. 2019-cu ildən SOCAR-ın Neft Qaz Tikinti Trestində təcrübə keçərək əmək fəaliyyətinə başlayıb, sonra mühəndis vəzifəsində işləyib. Vətən müharibəsi zamanı 2 aylıq övladından ayrılaraq könüllü döyüşə yollanıb. Kəşfiyyat manqa komandiri vəzifəsində Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərdə iştirak edib, düşməndən qisasını alıb. Uğurlu döyüş yolu keçərək Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Ədəbi yaradıcılıqdan heç zaman geri qalmayan Əjdər Hümmətov hələ orta məktəbdən şeirlər yazıb, şeir yazmağın qanunauyğunluqlarını müəllimi və ustadı Ələmdar Bəylərovdan öyrənib. Hələ şagird ikən müxtəlif şeirləri qəzet və jurnallarda dərc olunub. Qazi şairimizin oxuculara təqdim etdiyimiz budəfəki nəzm nümunəsinin adı "Şairin" şeiridir.

Şair gərək gen düşünə, dən yaza,

Hərdən kədərli, hərdən şən yaza,

Haqqa tərəf ola, zalımdan yaza,

Düşər adı dildən-dilə şairin.

Bir tərəfi bahar, biri sazaqdır,

Düşüncə fəlsəfi, baxış uzaqdır,

Hər şairin şeiriyyəti çıraqdır,

Gedər sözü eldən-elə şairin.

Düşünərək yeni sözlər yaradır,

Sözə məna verir, onu yaşadır,

Külliyatı cümlə yurda qaladır,

Gülər xətri güldən-gülə şairin.

Haqqı deyər, görsə məzlum ahını,

Unutmaz haqq deyən tək Allahını,

Saralar çöhrəsi, çəkər halını,

Gəzər başı əldən-ələ şairin.

Bacarırsan bütün cahanı çevir,

Dəyişsə də əsrlərlə bir devir,

Milyon il uzaqda nələr baş verir?

Sönər nuru ildən-ilə şairin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
sherg.az

2Sources