Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcək.
Hökumət Evində yerləşən qurumlardan “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, buna səbəb Formula 1 yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır.
Qeyd olunub ki, Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub. Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları bildirilib.
Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu fəaliyyət göstərir. Bunlara Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, həmçinin ADSEA tabeliyindəki Regional Su Meliorasiya Xidməti daxildir.