EN

Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - Video

Gədəbəy rayonunun Düzyurd kəndində fəaliyyət göstərən fərdi sahibkar Elnur Vahid oğlu İsgəndərova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Axaraz xəbər verir ki, bu barədə FHN məlumat verib.

Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun üzərində quraşdırılmış qoruyucu klapanın və manometrlərin dövri yoxlanılmasının aparılmadığı, eyni zamanda istismar müddəti bitmiş 1 ədəd tutumun tam texniki müayinələrinin keçirilmədiyi müəyyən edilib.

Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Chosen
28
19
axar.az

10Sources