EN

AMB: Azərbaycan AÇG sazişi üzrə 450 milyon dollarlıq neft bonusunu artıq alıb

BAKI, 17 sentyabr. TELEQRAF

“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" çərçivəsində 2025-ci il üzrə nəzərdə tutulan bonus vəsaiti cari ilin yanvar ayında, birinci rübdə Azərbaycan tərəfinə ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Qeyd edək ki, Sazişə əsasən 2018–2025-ci illərdə Azərbaycana ümumilikdə 3,6 milyard ABŞ dolları həcmində neft bonusu ödənilməlidir. Ödənişlər illik 450 milyon ABŞ dolları olmaqla həyata keçirilir.

Chosen
31
teleqraf.com

1Sources