EN

Qış və yay geyimlərində ən çox buraxılan səhvlər hansılardır? - AYDINLIQ GƏTİRİLDİ

"Qalın geyim əvəzinə bir neçə nazik qat geyinmək, bədəni daha effektiv izolyasiya edir. Qatlama üsulu yalnız istiliyi saxlamaqla kifayətlənmir, həm də bədənin nəfəs almasını təmin edir". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, təkcə qalın sviter geyinmək isə nəfəs almağı çətinləşdirir və hərəkət azlığına səbəb ola bilər: "Sintetik materiallara üstünlük vermək bəzən faydalı olsa da, yalnız polyester və ya akril geyimlər bədəni isitsə də, tər saxlayır və üşütməyə gətirib çıxara bilər. Bu səbəbdən geyim seçərkən təbii materiallarla, məsələn, yun və pambıqla qarışıq parçalar seçmək daha məqsədəuyğundur. Belə geyimlər həm istiliyi saxlayır, həm də rahat nəfəs almağa imkan verir.

Qışda çox insan yalnız qara, boz və tünd rəngləri seçir. Bu, görünüşdə monotonluq və darıxdırıcı təəssürat yarada bilər. Əslində açıq tonlar və rəngli aksesuarlar, məsələn, şərf, papaq və əlcəklər, geyimi canlandırır və üsluba zövq qatır. İnce detalları rəngli etmək, həmçinin geyimdə harmoniya yaratmaqla bədənin vizual olaraq daha cəlbedici görünməsinə imkan verir.

Bu prinsiplərə əməl etməklə qışda həm isti qalmaq, həm də rahat və zövqlü geyinmək mümkündür. Həmçinin, geyim seçimində komfort və estetik görünüşü balanslaşdırmaq, uzun müddətli üşümənin qarşısını almaq üçün önəmlidir".

Müəllif: Günel Fərzəliyeva
Chosen
13
1
sia.az

2Sources