EN

“Tehran Suriya ilə əlaqələrin bərpasına tələsmir” - İran XİN

“İran və Suriya kimi iki dost arasında münasibətlərin kəsilməsi qalıcı ola bilməz”. 

Missiya.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

Onun sözlərinə görə, Tehran hər zaman Suriya xalqının dostu olub və bu ölkənin taleyinin bütün etnik qrupların və sosial təbəqələrin hüquqları nəzərə alınmaqla müəyyən edilməsini vacib sayır. 

Bəqai İsrailin Suriyaya qarşı hücumlarını qətiyyətlə pisləyib, Suriya ərazi bütövlüyünün və milli birliyinin qorunmasının önəmini vurğulayıb. 

O qeyd edib ki, İran əlaqələrin bərpası məsələsində tələsmir: 

“Əgər müəyyən olunsa ki, İranla dostluq Suriya xalqının mənafeyinə uyğundur, Tehran qarşılıqlı əlaqələrə hazır olacaq”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
56
missiya.az

1Sources