EN

Sihirli annem in aktrisası xəstəliyindən danışdı Cəhənnəmi yaşadım

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Mədəaltı vəzi xərçəngindən əziyyət çəkən “Sihirli annem” filmində “Perihan” obrazını canlandıran aktrisa Gül Onat sosial media hesabında paylaşım edib.

Axşam.az xəbər verir ki, aktrisa çətin keçən müalicə dövründən bəhs edib. O bildirib ki, dəfələrlə bıçaq altına yatıb:

"Dünən çox çətin müalicə prosesindən keçdim. Xəstəliyim 2023-cü ildə başlayıb. Ən təhlükəli və ölümcül mədəaltı vəzi xərçəngi. “Niyə mən?” demədim, qəbul etdim. Çox ağır əməliyyatlar keçirtdim, cəhənnəmi yaşadım. Müalicələrdən bir il sonra xəstəlik bağırsaqlarımda yarandı. Yenə çox ciddi əməliyyatlar oldum. Allaha şükür bu günə gəldim. Bu müddət ərzində heç vaxt müsbət düşünə bilmədim. Bu ölümcül xəstəliklə özümün də təəccübləndiyim bir yetkinliklə qarşılaşdım. Amma mən həmişə bununla zarafat edirdim. Hazırda bağırsaqlarım altı aydır kisəyə (stoma) boşalır. Çox çətin işdir. Mən öz bağırsaqlarını görə bilən nadir insanlardanam. Axırıncı əməliyyatdan əvvəl uşaqlıq və yumurtalıqları götürəcəklərini öyrənəndə “daha ​​övlad sahibi ola bilməyəcəm?” deyərək zarafat etdim. Odur ki, uşaq ruhunuzu heç vaxt itirməyin. Xəstəliklərlə əlaqəli hər bir çətinliyi zarafatla qəbul etməyə çalışın. 73 yaşım var və on yaşlı uşaq ruhuna sahibəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
axsam.az

1Sources