EN

Özbəkistan və Rumıniya əmək miqrasiyası üzrə saziş imzalayacaq

BAKI, 17 sentyabr. TELEQRAF

Özbəkistan xarici işlər nazirinin müavini Olim Abdullayev Rumıniyanın ölkəsindəki səfiri Daniel Kristian Çobanu ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı əmək miqrasiyası sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı hökumətlərarası sazişin imzalanması, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, konsulluq məsləhətləşmələrinin təşkili məsələlərinə baxılıb.

Tərəflər sistemli dialoqun davam etdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyib və birgə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsinə dair razılıq əldə ediblər.

Chosen
17
teleqraf.com

1Sources