EN

Azərbaycanın xidmətlər balansında 1 milyard dollar kəsir olub

Bu ilin I yarısında Azərbaycanın xidmətlər balansında təxminən 1 milyard ABŞ dollarlıq kəsir yaranıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Bununla belə, onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % azdır. 

AMB rəsmisi qeyd edib ki, kəsirin əsas səbəbi neft-qaz sektoru ilə bağlı tikinti və digər xidmətlərdir.

Chosen
40
modern.az

1Sources