EN

Payızın Sağlamlıq İksiri: Narın Faydaları Saymaqla Bitmir!

Fəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yerini payızın bol vitaminli nemətlərinə verir. Bu mövsümün ən qiymətli meyvələrindən biri isə Tövratda və Qurani-Kərimdə adı çəkilən, cənnət meyvəsi sayılan nardır. Zəngin tərkibi və saysız faydaları ilə nar həm qədim təbabətdə, həm də müasir tibdə xüsusi yer tutur.

Nar, təkcə ləzzətli deyil, həm də insan sağlamlığı üçün əsl təbii xəzinədir. Onun həm dənələri, həm qabığı, hətta tumurcuqları belə faydalıdır. Bəs narın sağlamlığa olan təsirləri nələrdir? Bu məqalədə həm Azərbaycan, həm də beynəlxalq mənbələrə əsaslanaraq narın əsas faydalarını təqdim edirik.

Narın Orqanizmə 10+ Faydası

1. Güclü antioksidan təsir

Nar polifenol, tanen və antosiyaninlər kimi güclü antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri oksidativ stressdən qoruyur, orqanizmdə yaşlanmanı ləngidir və xərçəng riskini azaldır.

2.İmmunitet sistemini gücləndirirNarın tərkibindəki C vitamini və digər bioaktiv maddələr mövsümi infeksiyalara qarşı bədəni gücləndirir. Xüsusilə soyuqdəymə və qripə qarşı qoruyucu təsir göstərir.

3.Mədə-bağırsaq sisteminə faydalıdırNar ishal və bağırsaq qurdlarına qarşı əla vasitədir. Qabığından dəmlənmiş çay bağırsaqları təmizləyir, pərdəsi isə həzmi asanlaşdırır.

4. Kalp və damar sağlamlığını qoruyur Nar suyu damar elastikliyini artırır, LDL (“pis xolesterol”u) azaldır, HDL-ni (“yaxşı xolesterol”u) artırır və təzyiqi tarazlayır. Bu, infarkt və insult riskini azaldır.

5. Xərçəngə qarşı qoruyucu təsir

Narın tərkibindəki antioksidantlar hüceyrə mutasiyalarının qarşısını alaraq, xüsusilə prostat və süd vəzi xərçənginə qarşı qoruyucu rol oynayır.

6.İnsulin əvəzedicisi və şəkərli diabetdə dəstəkNar suyu qan şəkərini tənzimləyir. Aşağı qlisemik indeksə malik olduğundan şəkərin qəfil yüksəlməsinin qarşısını alır.

7.İltihab əleyhinə təsirNarın anti-inflamatuar xüsusiyyətləri oynaq iltihabı (romatoid artrit) kimi xroniki xəstəliklərdə faydalıdır.

8.Artıq çəkidən azad olmağa kömək edirNar suyu maddələr mübadiləsini sürətləndirir və bel bölgəsindəki yağların əriməsinə dəstək olur.

9. Diş əti və ağız sağlamlığı

Nar suyu ilə edilən qarqaralar diş ətlərindəki iltihabı azaldır və ağız mikroflorasını balanslaşdırır.

10.Göz sağlamlığı üçün təbii məlhəmdir

Narın ətli hissəsi ilə bal qarışdırılıb hazırlanan məlhəm, göz problemlərində istifadə olunur. Sarılığı aradan qaldırmaq üçün xalq təbabətində istifadə edilir.

11.Hafizə və beyin funksiyalarını gücləndirir

Polifenollarla zəngin nar, yaddaşı gücləndirir və yaşa bağlı zehni geriləmənin qarşısını alır.

12.Cildin parlamasını təmin edirC vitamini və antioksidantlar sayəsində kolagen istehsalını artıraraq dərini canlandırır, ləkələri azaldır və qocalmanı gecikdirir.

Necə və nə qədər istifadə etməli?

Nar suyu – Gündə 50–100 ml (təbii, qatqısız).Dənələri – Gün ərzində bir orta boy nar yetərlidir.Qabığı – Qurutulub çay kimi dəmlənə bilər.Tumurcuqları – Çeynənərək istifadə edilə bilər, xüsusilə baş ağrısı zamanı.

Chosen
34
bakuinfo.net

1Sources