ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Bu ilin ilk yarısında Azərbaycanın İsrailə yatırdığı investisiyaların həcmi 542 milyon ABŞ dolları təşkil edib.
Axar.az xəbər verir ki, bunu Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, əsas səbəb Azərbaycanın Aralıq dənizindəki “Tamar” qaz layihəsində iştirakı ilə bağlıdır. İnvestisiyaların böyük qismi məhz bu layihəyə yönəlib.
Qeyd olunub ki, 2025-ci ilin ilk altı ayının nəticələrinə görə, İsrail Azərbaycan tərəfindən ən çox investisiya qoyulan ölkə olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.