EN

"Tamar" qaz layihəsi səbəbindən Azərbaycanın İsrailə yatırımları yarım milyard dolları ötüb

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Azərbaycanın İsrailə yatırımları 543 milyondollara çatıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistikadepartamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansınıntəqdimatına həsr olunmuş brifinqdə bildirib.

O bildirib ki, bunun əsas səbəbi Azərbaycan tərəfinin Aralıqdənizində yerləşən və ən iri qaz yataqlarından biri olan İsrailin"Tamar" qaz layihəsində iştirak payı alması ilə bağlıdır:

"Yəni Azərbaycandan İsrailə yatırılan investisiyaların böyükhissəsi məhz bu layihə ilə əlaqədar olmuşdur.
Bununla da İsrail Azərbaycanın ən çox yatırım etdiyi ölkəolub".

Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycan xariciiqtisadiyyata 1,349 milyard dollarlıq birbaşa investisiya yatırıb.Azərbaycandan xaricə birbaşa investisiyalarda ilk beşlikdə İsrail(543 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyondollar), ABŞ (78 milyon dollar) və Gürcüstan (77 milyon dollar)qərarlaşıb.

Məqalədə:
Chosen
31
2
az.trend.az

3Sources