EN

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb - MƏBLƏĞ

Azərbaycanda Mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını davam etdirərək nüfuzlu ECO Ticarət və İnkişaf Bankı ilə MKOS maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 il müddətə 5 milyon Avro həcmində kredit sazişi imzalayıb.

Marja Banka istinadən xəbər verir ki, cəlb edilən vəsait ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.

Məlumat üçün qeyd edilib ki, bu, TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında imzalanan sayca beşinci sazişdir. Belə ki, Bank əvvəlki illərdə də sözügedən maliyyə qurumundan kiçik və orta sahibkarlığın və ticarətin maliyyələşdirilməsi  üçün maliyyə vəsaiti cəlb edib.

Azərbaycanın da üzv olduğu ECO Ticarət və İnkişaf Bankı region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

Vurğulanıb ki, TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya Fondu, Blue Orchard Fondu və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

1992-ci ildən etibarən fəaliyyət göstərən Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbukİnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank MKOS mikrokiçikvәortaşahibkarlıq maliyyələşdirilmə ECO TicarətvәİnkişafBankı kreditsazişi Avrohəcmində sahibkarlıqresursları beynəlxalqəməkdaşlıq kreditxətləri AsiyaİnkişafBankı EMFMikromaliyyəFondu QaraDənizTicarətvәİnkişafBankı ICD İncofinİnvestisiyaFondu BlueOrchardFondu qeyrineftsektor davamlıinkişaf regionalinteqrasiya iqtisadiinkişaf TuranBank22satışnöqtəsi korporativvәfərdimüştəri maliyyəxidmətləri
Chosen
35
10
marja.az

10Sources