EN

Deputat: Fiziki şəxslərin gəlir vergisi ilə bağlı mexanizmlər hazırlansın

7 ildir ki, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlirinə güzəştlər tətbiq edilir. Bu kifayət qədər fundamental dəstək idi.Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu xüsusilə özəl sektrun inkişafına, o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaradıb, eyni zamanda özünü əmək müqavilələrinin sayında da göstərib: “Təklif edirəm ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər hazırlansın ki, bu yenidən "kölgə iqtisadiyyatı"na qayıdışı stimullaşdırmasın. Məqsədə uyğun olardı ki, güzəştin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin və mərhələli şəkildə vergi dərəcələrinin artılması həyata keçirilsin”.

Chosen
58
4
metbuat.az

6Sources