O qeyd edib ki, bu xüsusilə özəl sektrun inkişafına, o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaradıb, eyni zamanda özünü əmək müqavilələrinin sayında da göstərib: “Təklif edirəm ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər hazırlansın ki, bu yenidən "kölgə iqtisadiyyatı"na qayıdışı stimullaşdırmasın. Məqsədə uyğun olardı ki, güzəştin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin və mərhələli şəkildə vergi dərəcələrinin artılması həyata keçirilsin”.