EN

ABŞ bu ölkəyə 270 milyon dollarlıq raket satacaq

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Müdafiə Nazirliyi (Pentagon), Niderlanda “AIM-120C-8” tipli müasir ortamənzilli raket sistemləri və əlaqəli avadanlıqların mümkün satışı üçün razılıq verib.

"Cebheinfo.az" xəbər verir ki, Pentagona bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin (DSCA) verdiyi açıqlamada, Şimal-Qərb Avropa ölkəsi Niderlanda yeni hərbi satışın təsdiqləndiyi bildirilib.

Məlumata görə, Niderland “AIM-120C-8” müasir ortamənzilli raket sistemləri və əlaqəli avadanlıqların satışı təsdiqlənib və bu barədə sertifikatlaşdırma sənədləri ABŞ Konqresinə təqdim olunub.

Satışın təxmini dəyərinin 570 milyon dollar olacağı qeyd edilib. Əsas podratçı isə çoxmillətli aviasiya və müdafiə istehsalçısı olan RTX Corporation olacaq.

Bildirilib ki, bu satış Niderlandın müasir və yüksək qabiliyyətli hava-hava sursatlarına sahib olmasını təmin edəcək və onun mövcud və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini artıracaq.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
1
cebheinfo.az

2Sources