EN

Birbaşa xarici investisiyalar üzrə 712 milyon dollar kəsir yaranıb - AMB

Bakı. Trend:

Bu ilin ilk 6 ayında birbaşa xarici investisiyalar üzrə xalismaliyyə aktivləri 516.3 milyon dollar artıb, xalis maliyyəöhdəlikləri isə 195.8 milyon dollar azalıb.

Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, birbaşa xarici investisiyalar formasında xaricdəncəlb olunmuş sərmayələrin ümumi məbləği 3.2 milyard dollar, xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1.3
milyard dollar olub. Ümumilikdə isə birbaşa xarici investisiyalarüzrə 712.1 milyon dollar kəsir yaranıb.

Qeyd edilib ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xariciinvestisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi77.2% təşkil edib: "2025-ci ilin 6 ayı üzrə tədiyə balansındabirbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrəxalis maliyyə öhdəliklərinin (-652.2 milyon dollar) azalmasıneft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 488.6 milyondollar) həmin sektor üzrə kapitalın repatriasiyası (3 140.8 milyondollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xamneft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakıfərqdən formalaşır".

"Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuşbirbaşa xarici investisiyaların ümumi məbləği 25.4% artaraq 733.9milyon dollar olub ki, bunun da bir hissəsi (240.4 milyon dollar)ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlıolub", - məlumatda əlavə edilib.

Məqalədə:
Chosen
58
2
az.trend.az

3Sources