EN

Vəkil Cavidan Osmanlıdan edilən şikayətlər əsasında cinayət işi başlanıldı

Vəkil Cavidan Osmanlıdan edilən şikayətlər əsasında cinayət işi başlanılıb.

 

Vəkil barəsində Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.

 

İlkin iddialara görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinir.

 

Zərərçəkənlərin şikayətləri əsasında başlanan cinayət işi üzrə Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Vəkil Cavidan Osmanlı isə APA-ya açıqlamasında bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. O, məsələdən xəbərsiz olduğunu da əlavə edib.

Tarix: 17 Sentyabr 2025, 11:33   
Chosen
9
25
pravda.az

10Sources