EN

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev ABŞ lideri Donald Trampa təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident bu barədə “X” hesabında paylaşım edib.

“Prezident Donald Tramp, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız önəmli rolu yüksək qiymətləndirirəm. Azərbaycan ilə ABŞ arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuzu yüksək qiymətləndirirəm” – paylaşımda qeyd olunub.

Xatırladaq ki, D.Tramp dünən “TruthSocial” sosial şəbəkə hesabında Azərbaycanla bağlı növbəti dəfə paylaşım edib.

 

 

Chosen
13
4
tribunainfo.az

10Sources