EN

İstifadəçilərin 73% i şəxsi həyatları ilə bağlı ChatGPT dan yardım istəyir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Son araşdırmalara görə, "ChatGPT"yə edilən müraciətlərin böyük əksəriyyəti işlə bağlı deyil, şəxsi həyatla əlaqədardır. Bu məlumat, "OpenAI" tərəfindən 1,5 milyon istifadəçinin söhbət qeydləri və qeydiyyat formalarına əsaslanaraq aparılan yeni bir araşdırma nəticəsində ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, nəticələr barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Araşdırmanın nəticələrinə görə, 2025-ci ilin iyun ayından etibarən, "ChatGPT" ilə edilən bütün söhbətlərin təxminən 73%-i şəxsi məsələlərlə bağlıdır. Bu söhbətlərin 28,3%-i praktiki məsləhətlərlə bağlıdır, 28,1%-i isə mətn yazımı ilə əlaqədardır. 21,3%-i məlumat axtarışı ilə bağlı suallara cavab axtarır. Araşdırmaçılar ayrıca olaraq şəxsi münasibətlərlə bağlı danışıq növlərini də qeyd ediblər, belə ki, bu mövzularda edilən danışıq 1,9% təşkil edir.

"ChatGPT" istifadəçiləri arasında əsasən qadınlar və gənclər üstünlük təşkil edir. Məlumata görə, bütün söhbətlərin təxminən yarısı 18-25 yaş arası istifadəçilər tərəfindən başlanır. Maraqlıdır ki, daha kasıb ölkələrdə "ChatGPT"dən istifadə daha geniş yayılıb, zəngin ölkələrlə müqayisədə daha çox istifadə olunur.

Araşdırma üçün "OpenAI" özünün xüsusi süni intellekt texnologiyalarından istifadə edərək, istifadəçilərin məxfiliyini pozmadan söhbətlərin məzmununu təhlil edib. Mütəxəssislər, bu araşdırmanın yalnız "ChatGPT"nin istifadə trendlərini əks etdirmədiyini, eyni zamanda yaradıcı süni intellektin gündəlik həyatda artan rolunu da göstərdiyini vurğulayır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
icma.az

1Sources