EN

Zahid Oruc: “Qaçqınkom”un adı dəyişməlidir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adı dəyişdirilməlidir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, bu komitəyə Böyük Qayıdışla bağlı bir ad qoyula bilər.
O qeyd edib ki, Milli Məclisdə Böyük Qayıdışla bağlı ayrıca platforma yaradılması təklif edilib. “Təkliflər sırasında suallara cavab verəcək qurumun yaradılması da var. Biz bunu bir neçə dəfə səsləndirmişik. Hətta düşünürük ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi, Böyük qayıdış üzrə komitənın yaradılması vacibdir. Böyük qayıdışla bağlı suallara cavab verəcək ayrıca qurum ola bilər".

Komitə sədri əlavə edib ki, biz dövlətimizin məcburi köçkünlərə, qaçqınlara münasibətini əsas götürməliyik. “Onun üzərindən təşviq aparmalıyıq, ictimai məlumatlandırma etməliyik. Cənab Prezidentin çox az hallarda kövrək halını ekranda göstərdiyi olubsa, bu da məcburi köçkünlərlə əlaqədardır. Deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitləri yaşayıblar. On illər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə dırnaq kimi bir-birinə bağlı yaşayıblar.  10 illər ərzində bu dövlət "torpaqları azad etməyəcək" deyənlər, indi də "o torpağı köçkünlərə verməyəcək" sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər", - o qeyd edib.

Komitə sədri həmçinin, qayıdışla bağlı qanunvericilik sistemimiz formalaşmalıdır.

Mürtəza

Chosen
51
5
olke.az

10Sources