EN

Soyğunçuluqda təqsirli bilinən erməni diasporunun rəhbəri Rusiyada DEPUTAT OLDU

Rusiyada məhkumluğu olan erməni diasporunun rəhbəri Sos Martirosyan Soçi şəhər dumasına deputat seçilib.

Musavat.com xəbər verir ki, Rusiya mediasının yazdığına görə, seçkilərin rəsmi nəticələrinə əsasən, Martirosyan barəsində “qrup halında əvvəlcədən əlbir olaraq quldurluq törətdiyinə görə məhkumluq” qeydi olmasına baxmayaraq öz seçki dairəsində ən çox səs toplayıb.

O, 30,93 faiz nəticə ilə rəqiblərini geridə qoyub.

Martirosyan əvvəlki çıxışlarında bildirib ki, Soçidəki erməni diasporunun ayrıca siyasi mövqeyi yoxdur. Onun sözlərinə görə, təşkilat əsasən Ermənistanla əlaqələrin saxlanması, eləcə də erməni xalqının kimliyinin və mədəni dəyərlərinin qorunması üçün fəaliyyət göstərir.

Musavat.com

Chosen
60
musavat.com

1Sources