EN

Kiçik bir yara da çox önəmlidir Professordan diabet xəstələrinə xəbərdarlıq

ain.az bildirir, Medicina portalına istinadən.

Mütəxəssislər diabetin gizli təhlükələrinin ayaqlarda ola biləcəyini bildirir və kiçik, diqqətdən kənarda qalan yaraların böyük fəsadlara səbəb ola biləcəyini vurğulayırlar.

Medicina.az xəbər verir ki, türkiyəli prof. Dr. Cengiz Köksal uzun müddət şəkərli diabetlə yaşayan xəstələrin bu mövzuya xüsusi diqqət yetirmələri lazım olduğunu, dırnaqların düz kəsilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayır:

"Ayaqlarını hər gün yoxlamalıdırlar. Kiçik bir yara və ya qara nöqtə belə sürətlə irəliləyərək 3-4 gün ərzində ağır nəticələrə səbəb ola bilər. Xüsusilə 10-15 ildən çox şəkər xəstəsi olanlar üçün ayaqlarda damar tıxanması qaçınılmazdır".

Həkim deyir ki, ayaq baxımı çox vacibdir:

"Dırnaqlar dibdən kəsilməməlidir. Çatlamış dabanlara diqqətlə yanaşmaq lazımdır. Çünki bu, mikrobların daxil olmasına şərait yaradar. Ayaq barmaqları arasında qaşınmaya diqqət yetirin. Göbələk infeksiyalarına səbəb ola bilər”.

Ayaqqabı seçimi və corabların əhəmiyyətini də vurğulayan Köksal əlavə edib:

"Möhkəm, bərk dabanlı ayaqqabılar əsla geyilməməli, yumşaq dabanlı ayaqqabılara üstünlük verilməlidir.

Damar tıxanıqlığı olan xəstələrdə ayaq infeksiyaları sürətlə inkişaf edə bilər. Hətta ən kiçik qızartı, qaralıq və ya ağrı ciddi problemdən xəbər verir. Tıxanmış arteriya açılmadan ayaq infeksiyası sağalmaz. Ayaqda ən kiçik dəyişiklik olduqda ürək-damar cərrahına müraciət edin”.

Aygün

Medicina.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
1
icma.az

2Sources