EN

“Benfika”nın kapitanı: “Qarabağ”la oyunu izləmək üçün bilet alan bütün azarkeşlərdən üzr istəyirəm

BAKI, 17 sentyabr. TELEQRAF

“Benfika”nın kapitanı Nikolas Otamendi UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a məğlub olduqları üçün azarkeşlərdən üzr istəyib.

Teleqraf Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi 2:3 hesablı məğlubiyyətdən sonra tənqidlərə açıq olduqlarını bildirib.

“Düşünürəm ki, məğlubiyyətin səbəbkarları tənqid olunmalıdırlar. Bu tənqid sayəsində harada səhv etdiyimizi müəyyənləşdirə bilərik. Çempionlar Liqasında mövsüm yeni başlayıb. Bizi qarşıda hələ çox qarşılaşma gözləyir. “Qarabağ”la oyunu izləmək üçün bilet alan bütün azarkeşlərdən üzr istəyirəm. İrəli baxmaq məcburiyyətindəyik. Çox çalışıb, növbəti görüşləri qələbə ilə başa vurmalıyıq. Azarkeşlərimizin narahatlığını başa düşürük”.

Qeyd edək ki, “Qarabağ” Otamendi UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununda səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.

Chosen
10
3
teleqraf.com

4Sources