EN

Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ

Sentyabrın 18-də Azərbaycanın paytaxtı Bakıda Suriya və İsrail təhlükəsizlik rəsmiləri arasında görüş keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, bunu "Sky News Arabia" yazır.

İsrail bir neçə həftə əvvəl Suriyaya yeni razılaşma təklifini təqdim edib, lakin hələ də rəsmi cavab almayıb və mənbələrə görə, Dəməşq əks təklif hazırlayır.

Məlumata görə, İsrailin təklifi 1979-cu ildə Sinay yarımadasını İsraillə sərhədə qədər olan məsafədən asılı olaraq müxtəlif səviyyəli hərbi iştirak və silahlarla üç zonaya - A, B və C zonasına ayıran İsrail və Misir arasında imzalanmış sülh müqaviləsi modelinə əsaslanır.

İsrail oxşar sxemi Dəməşqin cənub-qərbindən İsraillə sərhədə qədər olan əraziyə tətbiq etməyi və onu müxtəlif səviyyələrdə hərbi mövcudluğa malik üç zonaya bölməyi təklif edib.

Təklif Suriya tərəfində demilitarizasiya olunmuş bufer zonasının iki kilometr genişləndirilməsini nəzərdə tutur. İsraillə sərhədə ən yaxın zolağa qoşunların və ağır silahların yerləşdirilməsi tamamilə qadağan ediləcək, lakin Suriya tərəfinə polis və daxili təhlükəsizlik qüvvələrinin mövcudluğunu saxlamağa icazə veriləcək. Bundan əlavə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinə qədər bütün ərazi Suriya təyyarələri üçün uçuşa qadağa zonası elan edilə bilər.

Bunun müqabilində İsrail son aylarda Suriyada ələ keçirdiyi ərazilərdən öz qüvvələrini mərhələli şəkildə çıxarmağa hazırdır, lakin Cəbəl əl-Şeyxin (Şeyx dağı) strateji yüksəkliyində mövcudluğunu saxlamaq niyyətindədir.

Mənbələrin məlumatına görə, İsrailin strateji işlər naziri Ron Dermer və Suriya xarici işlər naziri Əsəd əl-Şibani çərşənbə günü Londonda amerikalı vasitəçi Tom Barakın iştirakı ilə üçtərəfli görüşdə bu təklifi müzakirə edəcəklər.

Həmçinin bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın sonunda BMT Baş Assambleyasının kuluarlarında Suriya Prezidenti Əhməd əl-Şarla görüşməkdə maraqlı olduğunu bildirsə də, mənbələr belə bir görüşün yaxın gələcəkdə baş tutmayacağına inanırlar.

Xəzər

"Cebheinfo.az"

Chosen
34
cebheinfo.az

1Sources