EN

Ay nazir, sən niyə deputatın müraciətinə cavab vermirsən?

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nazirlər, komitə sədrləri mətkublarımıza və telefonlarımıza cavab vermir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

O qeyd edib ki, xalqla üzbəüz qalan deputatdır, nazir və komitə sədrləri deyil:

“Seçicilər məndən soruşur ki, ay müəllim, filan məsələ bəs nə oldu? Cavabı mən verməli oluram. Bəs, ay nazir, ay komitə sədri, sən niyə deputatın müraciətinə cavab vermirsən? Heç olmasa köməkçilərinə göstəriş versinlər. Bizim nazirlərin tempi ölkə Prezidentinin iş tepminə uyğun deyil.

Növbəti plenar iclasların birində mən bu adamların adını çəkəcəm. Verdikləri cavablar isə çox bivecdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
62
5
axar.az

6Sources