EN

Avropa Parlamentinin rəhbəri Kiyevdə – Metsola Ali Radada çıxış edəcək

Avropa Parlamentinin sədri Robert Metsola Ukraynaya rəsmi səfərə gəlib.

Musavat.com xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Metsola səfər çərçivəsində Ukrayna parlamentində – Ali Radada çıxış edəcək. Deputat bildirib ki, Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsinin Kiyevə səfəri hazırda olduqca önəmli mesaj daşıyır: “Bu, Ukraynaya davamlı dəstəyin bariz göstəricisidir”.

Qeyd edək ki, Robert Metsola müharibənin əvvəlindən bəri dəfələrlə Kiyevə səfər edib və Avropa Parlamentinin Ukraynanın azadlığı uğrunda mübarizəsini dəstəklədiyini bəyan edib. Onun bu dəfəki çıxışında əsas diqqətin Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesi, təhlükəsizlik təminatları və maliyyə dəstəyi məsələlərinə yönələcəyi gözlənilir.

Musavat.com

Chosen
44
musavat.com

1Sources