EN

Türkiyə "Qarabağ"a heyran - Əvvəllər biz Türk klublarına azarkeşlik edərdik (VİDEO)

“Qarabağ”ın Benfika üzərində tarixi qələbəsi türk dünyasında böyük sevinc dalğası yaratdı

Azərbaycan futbolunun qüruru olan “Qarabağ” Portuqaliyada möhtəşəm bir tarixi nəticəyə imza atıb.

Turkustan.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasında “Benfika”nı səfərdə 3:2 hesabı ilə məğlub edərək, futbol aləmində böyük sürpriz yaradıb.

Bu qələbə dünya futbol mediasında heyrət və maraqla qarşılanıb, Azərbaycanda, Türkiyədə və bütün türk respublikalarında isə böyük fərəh, qürur və sevincə səbəb olub. Sosial şəbəkələrdə azarkeşlər tərəfindən paylaşılan saysız-hesabsız videolarda həyəcan, sevinc dolu anlar, qələbə sevinci öz əksini tapıb.

Xüsusilə Türkiyədə və Qazaxıstanda minlərlə azarkeş “Qarabağ”ın uğurlarını alqışlayıb, video reaksiyalar paylaşaraq qardaş dəstəyini nümayiş etdiriblər.

Azərbaycanda isə sosial mediada geniş yayılan paylaşımlarda bu qələbənin tarixi dönüş nöqtəsi kimi dəyərləndirildiyi qeyd olunur:

“Qarabağ böyük bir eranı dəyişdirdi. Əvvəllər azərbaycanlı azarkeşlər türk klublarına baxıb sevinirdilər. İndi isə türkiyəli azarkeşlər Azərbaycan təmsilçisinin uğurlarına sevinirlər.”

Bu qələbə təkcə idman nailiyyəti deyil, həm də Azərbaycan futbolunun beynəlxalq nüfuzunun, türk dünyasının birliyinin bariz nümunəsi kimi tarixə düşdü. /musavat.com/

Chosen
18
1
turkustan.az

2Sources