EN

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir


Şəhidimiz Sərxan Köklərov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub.

O, 2023-cü ilin sentyabrın 19-da başlanan və cəmi 24 saat davam edən antiterror əməliyyatları zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin sərəncamları ilə Sərxan Köklərov "Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Önun üç övladı bizə yadigar qalıb.

"YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə şəhidimizin ailəsinə mütəmadi dəstək göstərilir. Fondun müxtəlif layihələri çərçivəsində onun övladlarına hədiyyələr və məktəbli ləvazimatları təqdim olunub.


 

Chosen
27
11
7news.az

10Sources