EN

Deputat nazirlərin fəaliyyətindən narazıdır - Prezident kimi işləmirlər

Azərbaycanda nazirlərin heç birinin fəaliyyət tempi prezidentin iş tempinə uyğun gəlmir. Bunu Milli Məclisin deputatı Səyyad Aran deyib. 

Milli Məclisin deputatı Səyyad Aran dövlət qurumlarının parlamentlə vətəndaşlar arasında vasitəçi rolunu oynayan deputatlarla qeyri-effektiv işlədiyini bildirib.

O qeyd edib ki, bir çox nazir deputat məktublarına cavab vermir və bu vəziyyət ictimai narazılığa səbəb olur.

“Xalq bizə üz tutur, biz isə müvafiq nazirliklərə məktub yazırıq. Amma cavab yoxdur. Bəzi nazirliklər sanki deputat müraciətini görməzlikdən gəlir. Halbuki bu məktublar vətəndaş problemləri ilə bağlıdır,” –  Aran qeyd edib.

Deputat əlavə edib ki, nazirlərin fəaliyyət tempi Prezident İlham Əliyevin tempinə uyğun gəlmir.

 “Prezident ardıcıl və gərgin rejimdə çalışır, insanlarla görüşür, açılışlarda iştirak edir. Amma nazirlərdə bu dinamikanı görmürük", - o bildirib. 

Səyyad Aran, həmçinin məktublara cavab müddətinin qanunvericiliklə tənzimlənməsini təklif edib:

“Sovet dövründə məktublara bir ay ərzində cavab verilməsi tələb olunurdu, çünki proses texniki baxımdan zaman alırdı. Amma indi eyni gecikmələr baş verir. Təklif edirəm ki, qanunla məktublara cavab müddəti maksimum 10 gün müəyyən olunsun", - Aran deyib. 

Deputat bildirib ki, növbəti plenar iclasda ad çəkməklə bu məsələyə diqqət çəkəcək.

Gülnar Nazimqızı 

Chosen
49
anews.az

1Sources