EN

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi artıb

Bu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 374,5 milyon manat investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, investisiyaların 3 159,5 milyon manatı neft-qaz sektorunun, 8 215,0 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 1 494,4 milyon manatı (ümumi sərmayənin 13,1 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.

Bu ilin ilk 8 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 2 554,4 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 40,4 faiz çoxdur.

Əsas investor ölkələr aşağıdakılardır:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

Birləşmiş Ərəb Əmirlikləri

Türkiyə

Rusiya

ABŞ

İsveçrə

Yaponiya

İran

Macarıstan

Fransa

Hindistan

Chosen
1
1
vergiler.az

2Sources